Yusif İmanov Kosova klubuna keçdi

"Sabah"ın sabiq qapıçısı Yusif İmanovun yeni iş yeri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kosova klubu "Malişeva"ya keçib.
Masazır təmsilçisinin yetirməsi olan Yusif "bayquşlar"ın heyətində ötən mövsüm Azərbaycan Kubokunun qalibi olub.
Xatırladaq ki, İmanov karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq.