"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Fənərbaxça"ya gətirildi

 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Fənərbaxça"ya gətirildi

Tarixə qovuşmuş "Xəzər Lənkəran"da məşqçi və baş məşqçisi olmuş Oğuz Çətin "Fənərbaxça"da vəzifəyə gətirilib.

"Mediasport" xəbər verir ki, 63 yaşlı mütəxəssis İstanbul klubunun futbol direktoru funksiyasını icra edəcək.

Son olaraq Türkiyə Futbol Federasiyasında milli komandalar üzrə inkişaf direktoru olmuş Çətin Azərbaycan klubunda 2013-2014-cü illərdə işləyib.