"Sabah"ın məşqçisindən Qurban Qurbanovun köməkçisinə BÖYÜK TƏRBİYƏSİZLİK - QALMAQAL

 "Sabah"ın məşqçisindən Qurban Qurbanovun köməkçisinə BÖYÜK TƏRBİYƏSİZLİK - QALMAQAL

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” oyununun sonlarında qalmaqal yaşanıb.

"Mediasport" xəbər verir ki, xoşagəlməz olay texniki zonada baş verib.

"Sabah"ın məşqçilərindən biri meydan sahiblərinin 3-cü qolundan sonra Qurban Qurbanovun köməkçisi Müşfiq Hüseynova tərəf baxaraq tərbiyəsiz jest edib.

Qarşıdurma bundan sonra qızışıb.

Hətta əsəblərini cilovlaya bilməyən Qurban Qurbanov rəqibin texniki zonasına gedərək etirazını sərt formada bildiirb.

Futbolçuların, polislərin köməyilə tərəfləri sakitləşdirmək mümkün olub.

Görüş 3:3 hesabı ilə yekunlaşıb.