Zamiq Əliyevin komandası Çempionlar Liqasının biraddımlığında

Zamiq Əliyevin komandası Çempionlar Liqasının biraddımlığında

Futbol üzrə Albaniya Superliqasında "Eqnatia"nın formasını geyinən Zamiq Əliyev növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, çempionluğa oynayan müdafiəçinin komandası səfərdə "Vlajniya" üzərində vacib qələbə qazanıb - 2:1.

Azərbaycanlı müdafiəçi start heyətdə meydana çıxıb və 72 dəqiqə mübarizə aparıb.

"Eqnatia" hazırda 34 xalla turnir cədvəlinin 1-ci pilləsində yer alıb və liqada sona bir tur qalıb.