"Zirə" Premyer Liqada gümüş medal və ikinci yeri təmin etdi

"Zirə" Premyer Liqada gümüş medal və ikinci yeri təmin etdi

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Avrokuboklara getməyi hədəfləyən "Turan Tovuz" bu tapşırığın öhdəsindən vaxtından əvvəl gəlmiş "Zirə"nin qonağı olub.

Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" qələbə qazanaraq sona 3 tur qalmış, ikinci yer və gümüş medalı təmin ediblər.

3 günü əhatə edəcək tura mayın 4-də yekun vurulacaq.

Qeyd edək ki, lider "Qarabağ"ın çempionluğu 32-ci həftədə rəsmiləşib.


Azərbaycan Premyer Liqası. 33-cü tur


2 may

20:00. “Zirə” - “Turan Tovuz” 1:0

Qol: Salifu Suma, 48.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Rüfər Əmirov.

Zirə İdman Kompleksinin stadionu


3 may

17:00. “Şamaxı” - “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu


19:30. “Araz-Naxçıvan” - “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Liv Bona Dea Arena"


4 may

18:00. “Qarabağ” - “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu


20:00. “Neftçi” - “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Neftçi Arena”