"Qəbələ"nin legioner futbolçusu dünya çempionatında qol vurdu
Çilidə futbol üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Nigeriya milli komandasının heyətində mundialda olan “Qəbələ”nin futbolçusu Salihu Nasiru ikinci oyununa çıxıb.
19 yaşlı hücumçunun komandası Səudiyyə Ərəbistanı yığması ilə matçda meydanda olub.
Forvard millisinin 3:2 hesablı qələbəsində pay sahibi olub. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
