"Qarabağ" braziliyalı futbolçu ilə müqaviləni yenilədiyini açıqladı
Öncədən xəbər verdiyimiz kimi, "Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb.
Razılaşmaya əsasən, Pedro 2029-cu ilin yayına qədər "atlılar"ın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qol vurub.



