FOTO: "Sabah"ın U-10 komandası Avstriyadakı turnirdə ikinci oldu

"Sabah"ın U-10 komandası Avstriyada keçirilən "Eurocup Trophy 2025" beynəlxalq futbol turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz ilk yarış günündə Avstriyanın "Soccer School Wien" (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın "Fortuna Pancevo A" (3:1), Almaniyanın "SC Theresienfield" (5:0) komandalarını məğlub edib.
Həlledici görüşdə "FCM Traiskirchen"ə uduzan (2:3) "Sabah" turnirin ilk gününü ikinci pillədə başa vurub.
Aydın Manaflının baş məşqçisi olduğu komanda növbəti gün keçirdikləri oyunlarda Avstriyanın "Soccer School Wien" (2:1), "Inzersdorf" (7:0), Serbiyanın "Fortuna Pancevo A" (4:1) və "Fortuna Pancevo B" (4:0) komandalarını məğlub edib.
Final oyununda yenidən "Fortuna Pancevo A" ilə qarşılaşan "Sabah" 1:2 hesabıyla məğlub olub və ikinci yeri tutub.