AFFA-nın rəsmisi Zümrüd Ağayeva beynəlxalq vörkşopda iştirak edib

İsveçrənin Sürix şəhərində FİFA tərəfindən qadın futbolu üzrə Avropa üçün Regional Seminarı (FIFA Women's Football Regional Workshop) keçirilib.
"Mediasport" xəbər verir ki, AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.
FİFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gəliblər və qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər.