19 yaşlı qanalı "Mingəçevir"lə görüşdə "Qəbələ"nin tarixinə düşdü
 
                                Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Qəbələ" - "Mingəçevir" oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.
"Mediasport" xəbər verir ki, 5:1 hesabı ilə başa çatan matçda het-trik edən 19 yaşlı qanalı legioner klub tarixinə bir görüşdə üç qol vuran 7-ci futbolçu kimi düşüb.
Xatırladaq ki, şimallıların tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilal Auaşeriyadır.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
