Dünya çempionatının keçirilmə tarixi dəyişdirilə bilər - SƏBƏB?

Dünya çempionatının keçirilmə tarixi dəyişdirilə bilər - SƏBƏB?

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatının tarixi dəyişdirilə bilər.

"Mediasport" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mundialın Ramazan ayı səbəbindən bir neçə ay sonra keçirilə biləcəyi qeyd edilib. Ehtimal kimi 2035-ci ilin əvvəli göstərilib.

Xatırladaq ki, dördilliyin zirvə yarışının noyabr-dekabr aylarında təşkili planlaşdırılır, lakin həmin vaxt Ramazan ayı bu aylara təsadüf etdiyindən ortaya müəyyən suallar və variantlar çıxıb.

Məsələnin FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Qətər 2002-ci ildə dünya birinciliyini noyabr-dekabr aylarında keçirib.