4-cü turun son oyununda bölgə komandası qələbə qazandı

 4-cü turun son oyununda bölgə komandası qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 4-cü yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

Şəki Olimpiya İdman Kompleksində A qrupu təmsilçiləri - "Şəki" ilə NTD komandası üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin 88:81 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, turun əvvəlki görüşlərində "Sabah" "Gəncə"yə (87:68), "Lənkəran" "Quba"ya (102:87), "Ordu" "Sumqayıt"a (116:81), "Abşeron Lions" "Neftçi"yə (100:95), "Naxçıvan" isə "Sərhədçi"yə (76:69) qalib gəlib.