FİBA Çempionlar Liqası: "Sabah" Bakıda Çexiya klubunu qəbul edir
FİBA Çempionlar Lqiasında təmsilçimiz "Sabah" basketbol klubu bu gün turnirin əsas liqasında növbəti oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 5-ci tur çərçivəsində Bakıda Çexiyanın "Nimburk" komandası ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, geridə qalan 4 görüşün hamısında məğlub olan təmsilçimiz 4 xalla B qrupunun sonuncu pilləsində qərarlaşıb.
"Sabah"ın qrupda sonuncu dueli dekabrın 16-da Almaniyada "Alba Berlin"ə qarşı olacaq.
