"Sabah" ÇL-in ilk qrup oyununda 30 xallıq fərqlə məğlub oldu

 "Sabah" ÇL-in ilk qrup oyununda 30 xallıq fərqlə məğlub oldu

"Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə uğursuz başlayıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz B qrupunun ilk turu çərçivəsində Bosniya və Herseqovinanın "İqokea" komandasına məğlub olub.

Laktaşi şəhərində keçirilən görüş meydan sahiblərinin 30 xallıq üstünlüyü ilə yekunlaşıb - 88:58.

"Sabah"ın növbəti görüşü Almaniyanın "Porşe BBA Lüdviqsburq" komandasına qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.