"Sumqayıt"da yeni müqavilə

  "Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" Basketbol Klubunda çıxış edən təcrübəli oyunçu Aleksey Kitayevlə yeni müqavilə imzalanıb.

"Mediasport" xəbər verir ki, Kitayev yeni mövsümdən komandada həm də oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Basketbolçu ötən ilin yayında "Neftçi"dən ayrılaraq "Sumqayıt"a keçib.