Avropa çempionatı: Türkiyə milli komandası bu dəfə də ikinci oldu

Litvada keçirilən kişi basketbolçuların Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, final qarşılaşmasında Türkiyə və Almaniya milliləri üz-üzə gəliblər.
Dramatik matç almanların qələbəsi ilə başa çatıb - 88:83.
Xatırladaq ki, Ergin Atamanın baş məşqçisi olduğu "ay-ulduzlular" finaladək keçirdiyi 8 görüşün hamısında qələbə qazanmışdı.
2010-cu il dünya çempionatında ikinci yeri tutmuş komanda 2001-ci ildəki qitə birinciliyində də finalda məğlub olub.