Azərbaycan yığması uduza-uduza 3 pillə irəlilədi - Dünya REYTİNQİ

Beynəlxalq Basketbol Federasiyası (FİBA) kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması son siyahı ilə müqayisədə 3 pillə irəliləyib.
Komandamız 75,9 xalla 113-cü pillədə qərarlaşıb.
Maraqlıdır ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində son iki matçda məğlub olub.
Yığmamızın məğlubiyyətlər fonunda irəliləməsi ən yaxın rəqiblərimizin daha böyük hesablarla uduzmaları ilə əlaqədardır.
Azərbaycan yığması Avropa ölkələri arasında 44-cüdür. Reytinqə 840,1 xalla ABŞ başcılıq edir.