33 cüdoçu ilə 5 medal qazanan Azərbaycan sıralamada ikinci oldu

Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışına yekun vurulub.
Mediasport.com.az xəbər verir ki, Azərbaycan millisi turniri ikinci yerdə başa vurub.
Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafatla medal əyarına görə Yaponiya və Almaniyadan sonra ümumi sıralamada ikinci, kişilər arasında isə Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
Sonuncu yarış günündə 100 kq çəkidə Əjdər Bağırov və +100 kq çəkidə Kənan Nəsibov 5-ci yeri, Uşanqi Kokauri isə 7-ci olub.
Xatırladaq ki, cüdoçularımızdan daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıblar.
3 gün davam edən turnirdə Azərbaycanı 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı mübarzə aparıb.