Dünya çempionatı: Azərbaycan komandası 11 medal qazandı

 Dünya çempionatı: Azərbaycan komandası 11 medal qazandı

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən arasında dünya çempionatını 11 medalla başa vurublar.

"Mediasport" xəbər verir ki, komandamız son yarış günündə daha iki mükafat əldə edib.

M7 yaş kateqoriyasında Azər Əsgərov (100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Daha əvvəl Məmmədəli Mehdiyev (100 kq), Babək Hacıyev (60 kq) və Mövlud Mirəliyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq), Coşqun Abdullayev (90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və Anar Ağayev (90 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc medalla tamamlayıb.

Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.