55-ci dəfə ölkə çempionu oldular

Futbol üzrə Şotlandiya çempionatında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qarşısıalınmaz "Seltik" tarixində 55-ci dəfə qızıl medalları qazanıb.
Qlazqo təmsilçisi çempionluğunu 34-cü turda "Dandi Yunayted" səfərində rəsmiləşdirib - 5:0.
"Reyncers"i 18 xal qabaqlayan "Seltik" çempionluq sayında həmşəhərlilərinə çatıb.