İspaniya Kabo Verdeyə qarşı, Belçika Misir millisi ilə üz-üzə

İspaniya Kabo Verdeyə qarşı, Belçika Misir millisi ilə üz-üzə

Futbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün axşam daha iki qarşılaşma keçiriləcək.

Mundialın əsas favoritlərindən İspaniya millisi tarixində ilk dəfə dördilliyin zirvə yarışında iştirak edən Kabo Verde ilə qarşılaşacaq.

Belçika yığması Misirlə üz-üzə gələcək.

Turun digər oyunları iyunun 15-dən 16-nə keçən gecə və səhər saatlarında baş tutacaq.

Öncə Səudiyyə Ərəbistanı - Uruqvay, sonra isə İran - Yeni Zelandiya matçı oynanılacaq.

DÇ-2026. 1-ci tur

15 iyun

20:00 İspaniya - Kabo Verde

23:00 Belçika - Misir

16 iyun

02:00 Səudiyyə Ərəbistanı - Uruqvay

05:00 İran - Yeni Zelandiya