Argentina və Braziliya uduzdu, seçmə mərhələyə yekun vuruldu

Argentina və Braziliya uduzdu, seçmə mərhələyə yekun vuruldu

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə qrup mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 18-ci turdan sonra mundiala birbaşa yollanacaq bütün millilərin adları rəsmiləşib.

Qrup lideri Argentina ilə yanaşı, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay dördilliyin zirvə yarışının final mərhələsinə lisenziya əldə ediblər.

Son turda mühüm qələbə qazanan Boliviya seçməsi isə pley-offda oynamaq hüququ qazanıb.

Bu turadək mundiala yollanmaq fürsəti olan Venesuela doğma meydanda Kolumbiya futbolçularına uduzaraq şansını qaçırıb.


DÇ-2026. Seçmə qrup mərhələsi. Cənubi Amerika zonası


Ekvador - Argentina 1:0

Boliviya - Braziliya 1:0

Çili - Uruqvay 0:0

Peru - Paraqvay 0:1

Venesuela - Kolumbiya 3:6

Xal durumu: Argentina - 38, Ekvador - 29, Kolumbiya - 28, Uruqvay - 28, Braziliya - 28, Paraqvay - 28, Boliviya - 20, Venesuela - 18, Peru - 12, Çili - 11