7 ölkədən 200-dən çox şahmatçı "Sheki Open" turnirində yarışacaq

Şəkidə keçiriləcək "Sheki Open" beynəlxalq şahmat festivalında 7 ölkə təmsilçiləri iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, yarışa Hindistan, Rusiya, Özbəkistan, Türkiyə, Qazaxıstan və Ukrayna şahmatçıları da qatılacaqlar.
Ümumilikdə festival üçün 208 şahmatçı qeydiyyatdan keçib. Onlardan 42-si A turnirində, 162-si isə B yarışında çıxış edəcək.
A turnirinin reytinq favoriti azərbaycanlı qrossmeyster Eltac Səfərlidir. Siyahıda ikinci yerdə digər həmyerlimiz Əhməd Əhmədzadə, üçüncü yerdə isə ukraynalı Vitaliy Bernadski qərarlaşıb.
Qeyd edək ki, iyunun 18-25-də keçiriləcək "Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşəbbüs göstərilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidir.