Şahmat festivalı başa çatdı - FOTO

Şahmat festivalı başa çatdı - FOTO

Yeniyetmələr arasında keçirilən 5-ci LANDAU Şahmat Festivalı başa çatıb.

"Mediasport" xəbər verir ki, yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.

5-ci LANDAU Şahmat Festivalı üzrə əsas qalib Yusif Əhədzadə olub.

O, 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək "Ganja Open 2026" Şahmat Festivalında iştirak hüququ qazanıb.

Qalibin yarışla bağlı bütün xərcləri "LANDAU School" tərəfindən qarşılanacaq.

Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb.

8 yaş qrupu üzrə qalib qızlar

I yer: Mahmudova Nərmin

II yer: Əsədli Mələk

III yer: Musayeva Nuray

8 yaş qrupu üzrə qalib oğlanlar

I yer: Mirzəyev Məhəmməd

II yer: Məmmədzadə Kənan

III yer: Maqsudsoy Mustafa

10 yaş qrupu üzrə qalib qızlar

I yer: Tağızadə Əsəl

II yer: Bayramova Mələk

III yer: Mehdiyeva Xədicə

10 yaş qrupu üzrə qalib oğlanlar

I yer: Məmmədrzayev Renat

II yer: İsbatov Tahir

III yer: Həsənov Yaşar

12 yaş qrupu üzrə qalib qızlar

I yer: Hümbətli Xanımzər

II yer: Mehdiyeva Alsu

III yer: Məstiyeva Mehin

12 yaş qrupu üzrə qalib oğlanlar

I yer: Əhədzadə Yusif

II yer: Bulkin Deniel

III yer: Nəsibli Amin