Şahmatçılarımız mükafat fondu 60 min avro olan turnirdə yarışacaqlar

  Şahmatçılarımız mükafat fondu 60 min avro olan turnirdə yarışacaqlar

Qadın şahmatçılar arasında Gürcüstanın Batumi şəhərində Avropa çempionatı keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycanı qitəmiqyaslı turnirdə 12 şahmatçı təmsil edəcək.

Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova birincilik uğrunda mübarizə aparacaqlar.

Mükafat fondu 60 min avro olan yarışa mayın 24-də startı veriləcək, iyunun 6-da isə yekun vurulacaq.