Aydın Süleymanlı Buxarest Qran-prisini ikinci sırada başa vurdu
Rumıniyada "Buxarest Qran-Pri 2026" adlı rapid üzrə turnir keçirilib.
"Mediasport" xəbər verir ki, 27 ölkədən şahmatçının mübarizə apardığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.
Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martinez Alkantara ilə həmyerlimiz Aydın Süleymanlı yekunda 1-2-ci yerləri bölüşdürüb.
Azərbaycan milli komandasının üzvü Aydın Süleymanlı əlavə göstəricilərə görə turniri 2-ci pillədə başa vurub.
Digər şahmatçımız Rauf Məmmədov 8 xalla 7-ci yeri tutub.
Xatırladaq ki, Qran-pridə 581 şahmatçı mübarizə aparıb.


