AFFA-da UEFA-nın D kateqoriyalı məşqçi kurslarına yekun vuruldu

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs 3 gün davam edib.
Kursun son günündə iştirakçılara müvafiq lisenziyalar təqdim edilib.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.