Millimiz Gürcüstan yığması ilə qarşılaşır - UEFA İnkişaf Turniri

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Moldovanın paytaxtı Kişinyovda keçirilən UEFA İnkişaf Turnirində növbəti oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 12:00-da başlanacaq.
Xatırladaq ki, yığmamız ilk dueldə Moldovaya 0:1 hesabı ilə uduzub.
Komandamızın son matçı aprelin 19-da Estoniya millisinə qarşı olacaq.