Premyer Liqaya çıxan kollektiv braziliyalı ilə yola davam edəcək

Premyer Liqaya çıxan kollektiv braziliyalı ilə yola davam edəcək

Uzun fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasında yarışacaq "İmişli" daha bir legionerlə müqavilə bağlayıb.

"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Dioqu Vaskes Rollo ilə anlaşmanı yeniləyib.

Braziliyalı mərkəz müdafiəçisi ilə əməkdaşlıq daha iki il müddətinə uzadılıb.

Xatırladaq ki, İmişli klubu daha əvvəl Ronaldo Rodriges de Souza, Azər Salahlı, İbrahim Əliyev və İmam Əlini transfer edib.