Azərbaycanda işlədi, fransalı dünya çempionunu əvəzlədi
Futbol üzrə Gürcüstan milli komandasında baş məşqçi dəyişikliyi edilib.
"Mediasport" xəbər verir ki, yerli futbol federasiyası Villi Sanyolla yolları ayırıb.
2021-ci ildən yığmaya rəhbərlik edən dünya çempionu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fransalı mütəxəssisi Ramaz Svanadze çalışdıracaq.
2015-2017-ci illərdə Azərbaycanda "İnter"də baş məşqçi olmuş atası Zaur Svanadzenin köməkçisi işləmiş Ramazla 2 illik müqavilə bağlanıb.

