AFFA-nın milliyə gətirə bilmədiyi Ülvi Babayev müqaviləni uzatdı
Rusiya azərbaycanlısı Ülvi Babayev Moskva “Dinamo"su ilə yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, anlaşmanın müddəti daha bir il uzatmaq razılaşması şərtilə, 2028/2029 mövsümünün sonunadək nəzərdə tutulub.
Bu haqda paytaxt klubu məlumat paylaşıb.
2004-cü ildə Ximkidə anadan olmuş hücumçu şəhərin eyniadlı klubunun akademiyasında bir müddət oynadıqdan sonra - 2021-ci ildə "Dinamo"ya keçib.
Ötən mövsüm icarə əsasında "Krılya Sovetov"da çıxış etmiş forvard Rusiyanın U-21 milli komandasının üzvüdür.
Xatırladaq ki, AFFA bir müddət əvvəl Ülvinin atası ilə təmasa keçərək onu Azərbaycan yığmasında oynamağa razı salmaq istəsə də, qarşı tərəf təklifə müsbət yanaşmayıb.
