"Qarabağ"a görə Sumqayıt stadionunda izdiham yaşanacaq
Noyabrın 21-də Premyer Liqanın 12-ci turu çərçivəsində Sumqayıtda keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyununda stadionda izdiham yaşanacaq.
"Mediasport" xəbər verir ki, yerli azarkeşlər Azərbaycan çempionunu canlı izləmək üçün stadiona təşrif buyuracaqlar.
"Gənclik şəhəri" təmsilçisinin məlumatına görə, qarşılaşmaya artıq 4 min bilet satılıb.
Bilet satışı davam edir və görüşün vaxtına hələ iki gün qaldığını nəzərə alsaq, cari mövsümün azarkeş rekordu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşa bilər.
Matç saat 19:00-da start götürəcək.
