AFFA meydandan çıxan “Qarabağ"ı 1300, "Sabah"ı 70 manat cərimələdi

AFFA meydandan çıxan “Qarabağ"ı 1300, "Sabah"ı 70 manat cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ"ı 1300, "Sabah" klubunu isə 70 manat cərimə edib.

"Mediasport" xəbər verir ki, qərarı İntizam Komitəsi çıxarıb.

Buna Əvəzedicilər liqasınının 21-ci turu çərçivəsində keçirilmiş “Qarabağ-2” – “Sabah-2” oyununda baş verənlər səbəb olub.

Meydan sahiblərindən Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün, Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, komanda 300 manat cərimələnib.

Qarşılaşmanın 43-cü dəqiqədə “Qarabağ-2” komandası meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə daha 1000 manat ziyana düşüb.

“Sabah-2” 7 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimə ödəyəcək.

Oyun bitdikdən sonra paltardəyişmə otağına ziyan vuran "Sabah-2" stadiona dəymiş zərəri ödəyib.