Azərbaycan klubları transferlərdən 9,5 milyon dollar gəlir əldə etdi
FİFA kişi futbolunda beynəlxalq transferlərlə bağlı 2025-ci ilin hesabatını açıqlayıb.
"Mediasport" xəbər verir ki, transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.
Ötən il ölkəmizə 162 oyunçu transfer olunub, 95 futbolçu isə xarici klublara keçib.
Azərbaycan klubları transferlər üçün 4.96 milyon dollar xərcləyib, satışlardan isə 9.53 milyon dollar gəlir götürüb.
Azərbaycana gələn futbolçuların sayı 45,9 faiz artsa da, ölkə xaricinə transferlərdə 41,8 faiz azalma qeydə alınıb.
