Andrey Lunyov Azərbaycan karyerası haqda nələr dedi?

2023/2024-cü illər mövsümünü "Qarabağ"da keçirmiş Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında Azərbaycan karyerasını dəyərləndirib.
"Mediasport" xəbər verir ki, 32 yaşlı qapıçı ölkəmizdə keçirdiyi dönəmi karyerasının əla vaxtları adlandırıb.
Moskva "Dinamo"sunun üzvü fikirlərini belə izah edib:
"Azərbaycanda oyun təcrübəsi mənimçün hər mənada super idi. Bizim üçün avrokuboklar və yerli çempionatda mövsüm uğurlu alındı. Həmçinin, ölkə kubokunu qazandıq".
Qeyd edək ki, Lunyov Ağdam klubu ilə 43 oyun keçirib, Azərbaycan çempionu olub və ölkə kuboku qazanıb.