Millimizin Ukrayna ilə DÇ görüşü Sebastyan Gishamerə tapşırıldı

Oktyabrın 13-də Polşanın Krakov şəhərində DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Ukrayna - Azərbaycan matçının təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sebastyan Gishamer olacaq, ona yan xətdə Roland Ridel və Santino Şrayner kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.
VAR-da Manuel Şuttenqruber, AVAR isə Kristian-Petru Çioçirka əyləşəcək.
Qarşılaşma Bakı vaxtilə saat 22:45-də start götürəcək.