KL-də pley-offun daha bir görüşü azərbaycanlı hakimlərə tapşırıldı

 KL-də pley-offun daha bir görüşü azərbaycanlı hakimlərə tapşırıldı

FİFA referiləri Elçin Məsiyev UEFA-dan növbəti təyinatı alıb.

"Mediasport" xəbər verir ki, o, avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində baş tutacaq “Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) görüşün idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev, AVAR-da isə Nicat İsmayıllı əyləşəcək.