"Araz-Naxçıvan" ÇL üçün sifariş ərizəsini UEFA-ya təqdim etdi

  "Araz-Naxçıvan" ÇL üçün sifariş ərizəsini UEFA-ya təqdim etdi

Futzal üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərib.

"Mediasport" xəbər verir ki, siyahıda 2-si qapıçı olmaqla, ümumilikdə 14 futzalçı yer alıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 9. Alleks Rezende, 15. Aleks Teyxeyra.

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda mübarizə aparacaq.

Təmsilçimiz 27 avqustda Şimali İrlandiyanın "Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da Avstriyanın "Ljuti" komandaları ilə qarşılaşacaq.