Yüksək Liqada bürünc medalları qazanan komanda müəyyənləşdi
Futzal üzrə Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, üçüncü yerin sahibi "Baku Fire" olub.
Teymur Eyvazovun baş məşqçisi olduğu komanda erkən titulu 20-ci turun "Şuşa" ilə oyununda (8:5) rəsmiləşdirib.
Çempionun adına isə mayın 18-də "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşmasında aydınlıq gətiriləcək.
