"Turan Tovuz" heyətini "Benfika"nın yetirməsi ilə gücləndirdi - RƏSMİ

"Turan Tovuz" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
"Mediasport"un bir neçə gün əvvəl xəbər verdiyi kimi (https://mediasport.com.az/turan-tovuz-benfikanin-yetirmesi-ile-muqavile-bagladi?fbclid=IwY2xjawLGG-NleHRuA2FlbQIxMQBicmlkETFCc3lzYm5rRGY1b1ZwUE9IAR7tjmT4Bzmdfm8Y0Be7cPJH9M46cpc3w49jxPtoYkwSxF0DTIUyBL_mu-EMnA_aem_NC5JC1CPUUBIZ0b53NwLKA) qərb təmsilçisi Kabo Verde millisinin üzvü David Oliveyra Tavareş ilə anlaşıb.
Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Portuqaliya nəhəngi “Benfika”nın yetirməsi olan futbolçu son mövsümdə Rumıniya təmsilçisi “Qloria Buzau”nun formasını geyinib.
26 yaşlı afrikalı Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.