DÇ-2026: Daha altı oyunun ən yaxşı futbolçuları müəyyənləşdi

DÇ-2026: Daha altı oyunun ən yaxşı futbolçuları müəyyənləşdi

Dünya çempionatının 3-cü turunun A, B və C qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, İsveçrə - Kanada matçında (2:1) bu ada Joan Manzambi layiq görülüb.

Bosniya və Herseqovina - Qətər duelində (3:1) Kerim Alaybeqoviç seçilib.

Mərakeş - Haiti görüşündə (4:2) 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan Əşrəf Hakimi oyunun ən yaxşısı adına sahib çıxıb.

Şotlandiya - Braziliya oyununda (0:3) dubl edən Vinisius Junior mükafatlandırılıb.

Cənubi Afrika Respublikası (CAR) - Cənubi Koreya matçında (1:0) bu ada yeganə qolun müəllifi Tapelo Maseko layiq görülüb.

Çexiya - Meksika qarşılaşmasında (0:3) Mateo Çaves fərqləndirilib.