Xorvatiya millisinin heyəti açıqlandı - 41 yaşlı Modriç 6-cı dəfə DÇ-də

Xorvatiya millisinin heyəti açıqlandı - 41 yaşlı Modriç 6-cı dəfə DÇ-də

Xorvatiya millisinin DÇ-2026 üçün 26 nəfərlik ilkin heyəti açıqlanıb.

Zlatko Daliçin baş məşqçisi olduğu komanda L qrupunda İngiltərə, Qana və Panama ilə üz-üzə gələcək.

41 yaşlı Luka Modriç 6-cı dəfə mundialda forma şansı qazana bilər.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Qapıçılar: Dominik Livakoviç ("Fənərbaxça"), Dominik Kotarski ("Kopenhagen"), İvor Pandur ("Hall Siti");

Müdafiəçilər: Yoşko Qvardiol ("Mançester Siti"), Duye Kaleta-Kar ("Real Sosyedad"), Yosip Şutalo ("Ayaks"), Yosip Stanişiç ("Bayern"), Marin Ponqraçiç ("Fiorentina"), Martin Erliç ("Midtyulland"), Luka Vuskoviç ("Hamburq");

Yarımmüdafiəçilər: Luka Modriç ("Milan"), Mateo Kovaçiç ("Mançester Siti"), Mario Paşaliç ("Atalanta"), Nikola Vlaşiç ("Torino"), Luka Suçiç ("Real Sosyedad"), Martin Baturina ("Komo"), Kristian Yakiç ("Auqsburq"), Petar Suçiç ("İnter"), Nikola Moro ("Bolonya"), Toni Ruk ("Riyeka");

Hücumçular: İvan Perişiç (PSV), Andrey Kramariç ("Hoffenhaym"), Ante Budimir ("Osasuna"), Marko Paşaliç ("Orlando Siti"), Petar Musa ("Dallas"), İqor Matanoviç ("Frayburq").

Mediasport.com.az