DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

 DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

Daha 2 milli komanda 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Avropa zonasından Portuqaliya və Norveç də ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 yığmanın iştirakı ilə təşkil olunacaq mundialın əsas mərhələsində iştirak hüququ əldə edib.

Bununla da mundiala yollanacaq ölkələrdən 32-nin adı rəsmiləşib.

Xatırladaq ki, daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada), Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Xorvatiya DÇ-2026-ya yüksəlib.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.