AŞF-də 2025-ci ilin yekunlarına həsr olunmuş konfrans keçirildi

AŞF-də 2025-ci ilin yekunlarına həsr olunmuş konfrans keçirildi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr olunmuş konfransı keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər.

Federasiyanın hesabatı dinlənilib.

Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş Azərbaycan şahmatçıları, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər də təltif olunublar.