Vasif Talıbovun oğlu İcraiyyə Komitəsinin üzvlüyündən çıxarıldı

Azərbaycan Şahmat Federasiyasına prezident seçkisinin ardından İcraiyyə Komitəsinin üzvləri və baş katib müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 2021-ci ildən baş katib olan İlahə Qədimova qarşıdakı 4 ildə də bu vəzifəni icra edəcək.
Toplantıda Seymur Talıbovun İcraiyyə Komitəsinin üzvlüyündən çıxarılması qərar alınıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.
Fotoda İlahə Qədimova