Azərbaycanın iki gənc şahmatçısı İtaliyada dünya çempionu oldu!
Azərbaycanın iki şahmatçısı İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında dünya çempionatında qızıl medal qazanıb.
"Mediasport" xəbər verir ki, 14 yaşadək qızlar arasında Zəhra Allahverdi, 16 yaşadək oğlanlar arasında isə Xaqan Əhməd bütün rəqiblərini qazanaraq dünya çempionu olub.
Qeyd edək ki, mundialda 83 ölkədən 750-dən çox iti zəka sahibi mübarizə aparıb.



