"Beşiktaş" İstanbulda, "Qarabağ"ın potensial rəqibləri isə Moldovada oynayacaq - UEFA Avropa Liqası

"Beşiktaş" İstanbulda, "Qarabağ"ın potensial rəqibləri isə Moldovada oynayacaq - UEFA Avropa Liqası

Bu axşam UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi "Qarabağ" Bakıda meydana çıxacaq.

Ağdam klubunun 3-cü raundda potensial rəqibləri "Şerif" və "Makkabi" Moldovada üz-üzə gələcək.

Türkiyə nəhəngi "Beşiktaş" da doğma azarkeşləri qarşısında oynayacaq.

Cavab matçları iyulun 30-da baş tutacaq.


UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


20:00 "Qarabağ" (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan)

21:00 "Dinamo" (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan)

21:00 "Tromsö" (Norveç) – "Hradeç Kralove" (Çexiya)

21:00 "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail)

21:00 "Hammarbü" (İsveç) – "Anderlext" (Belçika)

22:00 "Tvente" (Niderland) – "Ferensvaroş" (Macarıstan)

22:00 "Sent-Qallen" (İsveçrə) – "Benfika" (Portuqaliya)

22:00 "Beşiktaş" (Türkiyə) – "Midtyullann" (Norveç)

23:00 "Hayduk" (Xorvatiya) – "Pafos" (Kipr)