Premyer Liqa klubundan ayrılan futbolçuların sayı 5-ə çatdı

Premyer Liqa klubundan ayrılan futbolçuların sayı 5-ə çatdı

"Şamaxı" daha iki futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, hücumçu Maykl Tuik və vinger Leroy Mikels düşərgəni tərk edib.

Braziliyalı forvardla müqavilə yenilənməyib. Komandaya qışda cəlb edilən "sambaçı" ilə "6 ay+1 il" anlaşma əldə edilmişdi.

Geridə qalan müddətdə cəmi bir qol vuran Tuik vətəninə qayıdıb.

Mikels isə daha yaxşı şərtlər irəli sürən klublardan real təklif gözləyir.

Xatırladaq ki, bunadək Şirvan klubundan Vasiliye Bakiç, Vasiliye Radenoviç və Brahim Konate ayrılıb.