Yığmamızın kapitanı Macarıstan klubunun heyətində "qızıl dubl" etdi

Yığmamızın kapitanı Macarıstan klubunun heyətində "qızıl dubl" etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova formasını geyindiyi "Vaşaş Obuda" ilə "qızıl dubl" edib.

"Mediasport" xəbər verir ki, yığmamızın lideri Budapeşt klubunun heyətində yenidən Macarıstan çempionu olub.

Abduləzimovanın komandası final seriyasında "Bekeşçaba"yə 3:0 hesabı ilə qalib gələrək titulunu qoruyub.

Qeyd edək ki, "Vaşaş Obuda" bu mövsüm Macarıstan Kubokunu da qazanıb.