"Turan Tovuz" azarkeşlərinin davranışlarına görə ziyana düşdü

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının 25-ci turunda baş verən neqativ hadisələr hüquqi qiymət alıb.
Qurum “Turan Tovuz”u cərim edib. Buna qərb təmsilçisi azarkeşlərinin “Zirə” ilə görüşdə meydana kənar əşyalar atması səbəb olub.
Tovuz klubu 800 manat cərimə ödəyəcək.